music

Music like I Belong To You (New Moon Remix) - Muse

I Belong To You (New Moon Remix) - Muse

I Belong To You (New Moon Remix) - Muse

5/5

"The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack" — 2009-cu ildə çıxarılmış "Alatoran: Yeni Ay" filminin rəsmi film musiqisidir. “Yeni Ay” filminin musiqisini bəstəkar Aleksandr Desplat yazsa da, musiqi seçimini, “Alatoran” filminin də musiqi prodüsserliyini etmiş Aleksandra Patsavas etmişdir. “The Twilight Saga: New Moon: Original Motion Picture Soundtrack” albomu Patsavasın “Chop Shop” leybli və “Atlantic Records” tərəfindən satışa çıxarılmışdır.

“Yeni Ay” filmində istifadə olunmuş musiqilər sırf film üçün yazılmış mahnılardır və onlar müxtəlif indi-rok və alternativ rok sənətçiləri tərəfindən ifa edilmişdir. “Yeni Ay” filminin rejissoru Kris Veytz qeyd edirdi ki, film musiqilərini səsləndiənlər arasında Radiohead, Muse və Band of Skulls kimi məşhur qruplar da var. “Death Cab for Cutie” qrupu xüsusi olaraq film üçün yazılmış "Meet Me on the Equinox" mahnısını ifa etmiş və mahnı ilk dəfə “MTV Video Music Awards” mərasimi zamanı səsləndirilmişdir. Bassist Nik Harmer qeyd edir ki, “Biz 'Meet Me On the Equinox' mahnısını yazarkən fikirləşdik ki, bütün “Alatoran” romanlar seriyası boyunca davam edən və əsas obrazların xarakerində əks olunan ülvi mövuz və motivləri əks etdirək. "Meet Me on the Equinox" mahnısına çəkilmiş və filmdən səhnələrin də yer aldığı klipin premyerası 7 oktyabr 2009-cu ildə baş tutdu. İngilis rok qrupu “Muse” film üçün, 2009-cu ildə çıxarılmış “The Resistance” albomundan olan “I Belong to You” mahnısının yeni remiks versiyasını işləmişdir. St. Vincent “Bon Iver” qrupundan Castin Vernonla birgə “Roslyn” mahnısını yazmışdır. Mahnını təsvir edərkən o deyir: "[Castin] öz gözəl falseti ilə oxuyur, mən isə ən aşağı səsimlə ifa edirəm…Məncə bizim ikimizin səsinin birləşməsindən nəsə vampirsayağı bir hiss yaranır. Bu sadə, səmimi bir mahnıdır.” Film musiqisi rəsmən 20 oktyabr 2009-cu ildə çıxarılsa da, tarixi 4 gün irəli çəkilərək 16 oktyabr kimi qeyd edilmişdir.

Filter by:

Cross-category suggestions

Filter by:

Filter by:

Filter by:

Filter by:

Filter by:

Filter by:

Filter by: